EvXəbərlərMakron BMT-də yumruğunu tribunaya vurdu

Makron BMT-də yumruğunu tribunaya vurdu

Published on

spot_img

Fransa Prezidenti Emmanuel Makron Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı Fələstindəki vəziyyətdən danışarkən yumruğunu tribunaya vurub.
BEY.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Mən bəzilərinin kinayəsini eşidirəm: “Bu tanınma (Fələstinin. – red.) təkcə kağız üzərindədir, reallığa baxın”. Amma Qəzzadakı vəziyyət qarşısında hərəkətsiz qalmağa davam etsək, bizə necə etimad ola bilər?” – deyə Fransa lideri yüksək səslə, yumruğunu tribunaya vuraraq və fəal şəkildə jestikulyasiya edərək bildirib.
O, həmçinin Qəzzada qüvvədə olan atəşkəsi davam edən ağır humanitar vəziyyət fonunda “utancverici tamaşa” adlandırıb.
2025-ci il sentyabrın 22-də Makron BMT Baş Assambleyasının 80-ci sessiyasında bəyan etmişdi ki, Fransa Fələstin dövlətini tanıyıb.

Bundan bir gün əvvəl Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya Fələstinin dövlətçiliyini tanıyıblar.
Hüseyn İbadlı

Latest articles

More like this