fbpx

Azərbaycana hava nəqliyyatı ilə səyahət edənlərin sayı artıb



Bu ilin yanvar-iyul aylarında 38 ölkədən Azərbaycana hava nəqliyyatı ilə 1 milyon 956 min 882 nəfər sərnişin daşınıb.

BEY.AZ Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6 ölkə (18,7 %) və 526 min 485 sərnişin (36,8 %) çoxdur.

7 ayda Azərbaycana 542 min 431 sərnişin daşınmaqla Rusiya ilk yeri tutub. Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28,9 % artım deməkdir.

Təkcə iyul ayında Azərbaycana 387 min 514 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 27,6 % çoxdur. İyulda Rusiyadan 99 min 467 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 21 % çoxdur.

Bu ilin yanvar-iyul aylarında Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən sərnişin daşınıb. Bu ölkədən 471 min 210 nəfər sərnişin səfər edib ki, bu da illik müqayisədə 21,4 % çoxdur.

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 259 min 082 sərnişinlə (+47,8 %) daxil olub.

Daha sonra, Gürcüstan 127 min 800 sərnişin (+ 42,9 %), Səudiyyə Ərəbistanı 73 min 429 sərnişin (+18,5 %), Hindistan 60 min 666 sərnişin ( + 9,2 dəfə), Qazaxıstan 60 min 135 sərnişin (+ 36,8 %), İtaliya 34 min 100 sərnişin (+2,1 dəfə), Özbəkistan 32 min 746 sərnişin ( – 14,9 %) və Qətər 32 min 008 sərnişin (+ 86,5 %) gəlir.

İlk onluğa Hindistan, İtaliya Qətər daxil olaraq, Küveyt (30 min 302 sərnişin, + 35,7 % ), İsrail (29 min 034 sərnişin, + 19,1 %) və Almaniyanı (21 min 803 sərnişin, + 9,5 %) siyahıdan çıxarıb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin