Aparıcı Sərxan Kərəmoğlunun Rusiyaya girişinə “stop” qoyulmasına aydınlıq gətirilib.
BEY.AZ xəbər verir ki, aparıcı Qaynarinfo-ya açıqlamasında buna səbəb kimi sənədlərinin qaydasında olmamasının göstərildiyini bildirib.
“Bütün sənədlərim qaydasındadır. Yanlışlıqla “stop” qoyulub. Problemin həlli iki aya yaxın vaxt aparacaq. Mənə “stop” qoyulmamalıdır, çünki həyat yoldaşım Rusiya vətəndaşıdır. Sübut etməliyəm ki, həyat yoldaşım Rusiya vətəndaşıdır və bu ölkədə qalmağıma icazə verilən 90 günü keçməmişəm. Bunun üçün vaxt tələb olunur. Bu qadağa məni bütün işlərimdən etdi” deyə, aparıcı bildirib.
