EvXəbərlərEmin Ağalarov BEY.AZ-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi

Emin Ağalarov BEY.AZ-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi

Published on

spot_img

Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi məkanın dəyişdirilərək Bakı şəhərindən “Sea Breeze”ə köçürülməsi ideyası yenidən gündəmə gəlib.
BEY.AZ xəbər verir ki, “Sea Breeze”in sahibi, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov bununla bağlı “Instagram” hesabında video paylaşıb.
Onun sözlərinə görə, uzun müddətdir “Sea Breeze” ərazisində Formula 1 trasının tikilməsi ilə bağlı planlar müzakirə olunur. Ağalarov bildirib ki, bununla əlaqədar Formula 1 traslarının layihələndirilməsi ilə məşğul olan “Tilke” şirkəti ilə əlaqə saxlanılır.

Emin Ağalarov qeyd edib ki, 2030-2031-ci illərə qədər trasın və ətraf infrastrukturun inşası mümkün olarsa, Formula 1 yarışlarının “Sea Breeze”ə köçürülməsi nəzəri olaraq reallaşa bilər.
Bununla belə, iş adamı hazırda məsələ ilə bağlı konkret razılaşmanın olmadığını vurğulayıb. O, “Sea Breeze”də Formula 1 yarışının keçirilməsini arzuladıqlarını və bu istiqamətdə işlərin davam etdiyini bildirib.

Ağalarov paylaşımında Formula 1 yarışının “Sea Breeze”də necə görünə biləcəyini əks etdirən görüntülər də yayımlayıb.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin “Sea Breeze”ə köçürülməsi ilə bağlı məlumatı ilk dəfə 2024-cü ilin noyabrında BEY.AZ yayıb.
Həmin vaxt əldə etdiyimiz məlumata görə, yarışın Bakıda keçirildiyi məkanın dəyişdirilməsi və “Sea Breeze” ərazisində yeni trek yaradılması ilə bağlı danışıqlar aparılırdı. Məsələnin həmin vaxt hələ rəsmiləşmədiyi, nə FİA, nə də digər qurumlarla yekun razılaşmanın olmadığı bildirilirdi.
2025-ci ilin mayında isə Emin Ağalarov BEY.AZ-ın xəbərini təsdiq edərək, Azərbaycan Qran-Prisinin “Sea Breeze” ərazisində yaradılacaq alov formasında süni adaya köçürülə biləcəyini açıqlamışdı. Onun sözlərinə görə, bu ideya Azərbaycan Prezidenti tərəfindən dəstəklənib.
2026-cı ilin fevralında isə Ağalarov layihənin mümkün reallaşma müddətinin 2031-ci il ola biləcəyini bildirmişdi. Bununla yanaşı, həmin vaxt da Formula 1-in Bakıdan “Sea Breeze”ə köçürülməsi ilə bağlı yekun razılaşmanın imzalanmadığı qeyd olunurdu.
Müəllif: BEY.AZ

Latest articles

More like this