EvXəbərlərPezeşkian İranın nüvə bombası hazırlamaq planlarını rədd etdi

Pezeşkian İranın nüvə bombası hazırlamaq planlarını rədd etdi

Published on

spot_img

“İran nüvə bombası yaratmağı planlaşdırmır”.
BEY.AZ xəbər verir ki, bu barədə respublik prezidenti Məsud Pezeşkian “Fox News” telekanalına müsahibəsində bildirib.
“Biz heç vaxt nüvə silahı əldə etməyə çalışmamışıq. Biz yayılmama haqqında sazişə (Nüvə silahının yayılmaması haqqında müqaviləyə ) əməl etmək istəyirik”, – deyə prezident qeyd edib.
Sentyabrın 19-da İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib ki, respublika nüvə silahının hazırlanmasını qadağan edən Əli Xameneinin fətvasına əməl etməkdə davam edir və hazırda müqavildən çıxmaq barədə qərar qəbul etməyib. Onun fikrincə, ABŞ və İsrailin hərəkətləri Tehrana Yayılmama haqqında müqavilədən çıxmaq üçün əsaslar verə bilər.

Elə həmin gün Rezai həmçinin bildirib ki, İran hakimiyyəti Qətərdən olan vasitəçilər vasitəsilə ABŞ ilə münaqişəyə son qoymaq üçün öz şərtlərini çatdırıb və Prezident Donald Trampdan cavab gözləyir.

Hüseyn İbadlı

Latest articles

More like this