“WhatsApp” biznes istifadəçiləri üçün yeni ödəniş qaydasını tətbiq edir.
BEY.AZ xəbər verir ki, yerli KİV-in məlumatına görə, 1 oktyabrdan etibarən Qazaxıstanda “WhatsApp Business” (API) platformasından istifadə edən orta və iri şirkətlər üçün yeni qayda qüvvəyə minəcək.
Şirkətlərə ayda 1000 pulsuz mesaj göndərmək imkanı veriləcək. Bu limit aşıldıqda isə hər əlavə mesaj üçün təxminən 0,018 dollar ödəniş tutulacaq.
Qeyd olunur ki, yeni qayda fərdi istifadəçilərə şamil edilmir. Dostları və ailələri ilə “WhatsApp” üzərindən yazışan istifadəçilər mesajlara görə ödəniş etməyəcək və tətbiqdən əvvəlki kimi pulsuz istifadə edə biləcəklər.
Müəllid: Roza
