“Mançester Siti” İngiltərə Premyer Liqasının maliyyə qaydalarının demək olar ki, bütün hallarında günahkar bilinib.
Aut.az xəbər verir ki, bu iddia ilə “The Athletic” qəzeti çıxış edib.
Nəşr bildirir ki, “şəhərlilər” töhmət, cərimə, xalların silinməsi və ya Premyer Liqadan xaric edilmə ilə üzləşə bilər.
Vurğulanır ki, “Mançester Siti”nin xalları, qərar verildikdən dərhal sonra və ya geriyə doğru silinə bilər ki, bu da “şəhərlilərin” titullarından məhrum edilmə ehtimalını artırır.
Premyer Liqa təlimatının W.51.7 Qaydasına əsasən, panel qayda kitabçasında göstərilən istənilən sayda cəzanı birləşdirə və ya uyğun hesab etdiyi digər sanksiyaları tətbiq edə bilər.
Lakin, istənilən cəza pozuntulara mütənasib olmalıdır, əks halda apelyasiya yolu ilə ləğv edilə bilər.
