EvXəbərlərMertsin partiyasının reytinqi kəskin aşağı düşdü

Mertsin partiyasının reytinqi kəskin aşağı düşdü

Published on

spot_img

Almaniya Federativ Respublikasının kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı və Xristian-Sosial İttifaqından (XDİ/XSİ) ibarət blokun reytinqi 19%-ə düşüb.
BEY.AZ xəbər verir ki, bu barədə İnsa İnstitutunun “Bild” qəzeti üçün keçirdiyi sorğunun nəticələrində qeyd edilib.
Sosioloji sorğunun nəticələrinə görə, qalib “Almaniya üçün Alternativ” (AfD) sağçı partiyası olub. Partiyaya dəstək 29% təşkil edib. Üçüncü yerdə 15%-lə “Yaşıllar” partiyası qərarlaşıb, onun ardınca 14%-lə Almaniya Sosial-Demokrat Partiyası (ASDP) gəlir. “Sol” partiyası respondentlərin 10%-nin dəstəyini qazanıb.
1203 nəfərin iştirak etdiyi sorğu sentyabrın 21-dən 25-dək keçirilib. Statistik xəta 2,9% təşkil edir.

Sentyabrın 21-də XDİ-nin Almaniya parlamentindəki fraksiyasının sədr müavini Günter Krinqs partiyanın federal əyalətlərdə keçirilən seçkilərdə uğursuzluğundan sonra Mertsin kansler vəzifəsindən mümkün istefasına yol açıb.

Hüseyn İbadlı

Latest articles

More like this