Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci turun qarşılaşmaları baş tutacaq.
BEY.AZ xəbər verir ki, A, B və D Liqalarında ümumilikdə 8 matçın keçirilməsi nəzərdə tutulub.
A Liqasında Almaniya millisi Yunanıstanla, Niderland Serbiya ilə, Portuqaliya yığması Norveç kollektivi ilə üz-üzə gələcək.
UEFA Millətlər Liqası. 2-ci tur
A Liqası. 2-ci qrup
20:00 Serbiya – Niderland
22:45 Almaniya – Yunanıstan
Xal durumu: Yunanıstan – 3, Almaniya – 1, Niderland – 1, Serbiya – 0
4-cü qrup
20:00 Danimarka – Uels
22:45 Norveç – Portuqaliya
Xal durumu: Norveç – 3, Portuqaliya – 3, Danimarka – 0, Uels – 0.
B Liqası. 3-cü qrup
20:00 Avstriya – Kosova
22:45 İsrail – İrlandiya
Xal durumu: Avstriya – 3, Kosova – 3, İrlandiya – 0, İsrail – 0
D Liqası. 1-ci qrup
20:00 Cəbəllütariq – Andorra
Xal durumu: Malta – 3 (1 oyun), Cəbəllütariq – 0 (0 oyun), Andorra – 0 (1 oyun)
2-ci qrup
17:00 Litva – Azərbaycan
Xal durumu: Litva – 3 (1 oyun), Azərbaycan – 0 (0 oyun), Lixtenşteyn – 0 (1 oyun)
