fbpx

Sunami xəbərdarlığı edilib – ARMY.AZ

Army.az-a istinadən bildiririk ki

2 Baxış ✓.

Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilərkən, dalğanın böyüklüyünün bir metrə çata biləcəyi açıqlandı. Zəlzələdən sonra Kyuşu adasında sürətli qatarların hərəkəti dayandırılıb. Sunami dalğalarının ilk olaraq Miyazaki əyalətinə çatdığı bildirilib.

Yaponiya Meteorologiya Agentliyi Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

NHK-da yer alan xəbərə görə, zəlzələdən sonra Yaponiyanın cənubundakı Kyuşu, Şikoku, Kaqoşima və Ehime bölgələrində sunami xəbərdarlığı edilib.

Sunami dalğalarının Miyazaki əyalətinə çatdığı bildirilib. Miyazakidə hündürlüyü 20 santimetr olan dalğaların müşahidə edildiyi bildirilib.

QATAR XİDMƏTLƏRİ DAYANIR

Zəlzələdən sonra Kyuşu adasında sürətli qatarların hərəkəti dayandırılıb və hava limanının bağlandığı bildirilib.

Zəlzələ Yaponiyanın Kaqosima prefekturasındakı Sendai Atom Elektrik Stansiyasının işində heç bir fasilə yaratmayıb. Məlumat verilib ki, elektrik stansiyası fəaliyyətini davam etdirir.



Mənbə: ARMY.AZ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin