ABŞ Prezidenti Donald Tramp ötən gecə Hörmüz boğazından rekord həcmdə neft daşındığını açıqlayıb.
BEY.AZ xəbər verir ki, Tramp bu barədə İllinoys ştatına yola düşməzdən əvvəl jurnalistlərə danışıb.
ABŞ liderinin sözlərinə görə, boğazdan daşınan neftin həcmi ölkəsinin İranla müharibəyə başlamasından əvvəlki göstəricini üstələyib. Bununla belə, Tramp sözügedən dövrdə Hörmüz boğazından dəqiq nə qədər neft daşındığını açıqlamayıb.
“Müharibə bitən kimi – bu isə yaxın vaxtlarda baş verəcək – neftin qiymətləri çökəcək və bütün qiymətlər aşağı düşəcək”, – deyə o bildirib.
Tramp hazırda neftin qiymətinin ABŞ-ın sabiq prezidenti Co Baydenin administrasiyası dövründəki göstəricidən də aşağı olduğunu qeyd edib.
