EvXəbərlərTramp süni intellektlə bağlı mühüm açıqlama verəcək

Tramp süni intellektlə bağlı mühüm açıqlama verəcək

Published on

spot_img

ABŞ Prezidenti Donald Tramp sentyabrın 28-də Ağ Evdə süni intellektlə bağlı açıqlama verəcək.
BEY.AZ xəbər verir ki, Tramp bunu İllinoys ştatının Çikaqo şəhərindən Vaşinqtona qayıtdıqdan sonra Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ Prezidentinin iş qrafikinə əsasən, açıqlamanın Bakı vaxtı ilə saat 22:00-da verilməsi planlaşdırılır.
Jurnalistlər Trampdan açıqlamada hansı məsələlərin gündəmə gətiriləcəyini soruşublar.
“Bildiyiniz kimi, çərşənbə axşamı ‘Anthropic’ ilə görüşümüz var. Bu, vacib olacaq. Bu gecə isə ‘Anthropic’in rəhbəri Dario Amodei ilə şam yeməyi yeyəcəyəm”, – deyə Tramp bildirib.

Dario Amodei daha əvvəl süni intellekt texnologiyalarına nəzarətin itirilməsinin bəşəriyyət üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib. O, həmçinin “Anthropic”in texnologiyalarının təhlükəsizliyini təmin etmək məqsədilə süni intellektin inkişafını zəruri olduğu halda yavaşlatmağa hazır olduğunu açıqlayıb.
Tramp isə süni intellektin inkişafına məhdudiyyət qoyulmamasını müdafiə edir.

Latest articles

More like this