Bərdədə baş verən qəza zamanı 1 nəfər ölüb.
BEY.AZ Teleqraf-a istinadən xəbər verir ki, qəza hadisəsi rayonun Kələntərli kəndi ərazisində baş verib.
Əliyev Mənsur Qərib oğlu idarə etdiyi “VAZ”2107 markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn eşşək arabası ilə toqquşub.
Arabanda olan kənd sakini Babaşov Arif Əhliman oğlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
