EvXəbərlərBu postsovet ölkəsində qazın qiyməti kəskin artdı

Bu postsovet ölkəsində qazın qiyməti kəskin artdı

Published on

spot_img

Moldovada əhali üçün təbii qaz tarifi kəskin artırılıb.
BEY.AZ TASS-a istinadən xəbər verir ki, ölkənin Enerji Tənzimləmə üzrə Milli Agentliyi qazın bir kubmetrinin qiymətini 26,14 leyə (təxminən 1,48 dollar) qaldırıb. Bu, hazırkı tariflə müqayisədə 28,8 faiz artım deməkdir.
Yeni tarif oktyabrın 1-dən qüvvəyə minəcək.
Bildirilir ki, Moldovada qazın qiyməti prezident Maya Sandunun hakimiyyətə gəlməsindən əvvəl əhali üçün 4 ley təşkil edirdi.

Qeyd edək ki, sentyabrın sonunda Moldova parlamenti enerji sektorunda 60 günlük fövqəladə vəziyyət rejimi tətbiq edib. Hökumət xərclərin azaldılması məqsədilə dövlət qurumlarının birləşdirilməsi və işçilərin 10-30 faiz ixtisarı planlarını açıqlayıb.

Müəllif: Adəm Abbaslı

Latest articles

More like this