Cəlilabadda qadın bıçaq xəsarəti alıb.
BEY.AZ xəbər verir ki, hadisə axşam saatlarında rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
24 yaşlı Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onun qarnını deşib. Yaralı dərhal rayon xəstəxanasına hospitalizasiya olunub.
Hazırda müalicəsi xəstəxanada davam etdirilir.
İlkin məlumata görə o, yaxın qohumları ilə evdə turşu hazırlayırmış.
Faktla bağlı araşdırma aparılır. (Lent.az)
