Ukraynanın dövlət və dövlət tərəfindən zəmanət verilmiş xarici və daxili borcu yeni tarixi maksimuma çatıb.
BEY.AZ xəbər verir ki, ölkənin Maliyyə Nazirliyinin məlumatında deyilir
Ukrayna Maliyyə Nazirliyi hər ay əvvəlki ay üzrə dövlət borcunun məbləği barədə məlumat dərc edir. Qurumun məlumatına görə, avqustun 31 tarixinə olan vəziyyətə əsasən, dövlət borcunun həcmi 9,60289 trilyon qrivna və ya 215,55 milyard ABŞ dolları təşkil edib. Avqust ayında göstərici 1,37 milyard dollar artıb.
Bundan əvvəl Ukraynanın dövlət borcunun hər ay 4–5 milyard dollar artdığı bildirilirdi. Bununla yanaşı, maliyyə nazirliyinin məlumatları dərc etməyə başladığı 2011-ci ildə respublikanın xarici və daxili borcu 473,185 milyard qrivnaya bərabər idi.
Avqust ayında Ukrayna dövlət borcunun xidməti və ödənilməsi üçün 721,8 milyon dollar, həmçinin Beynəlxalq Valyuta Fondunun kredit öhdəlikləri üzrə 285,2 milyon dollar ödəyib. Kiyevin ödənişlərinə kredit proqramları üzrə vəsaitin qaytarılması, eləcə də faizlər və rüsumlar daxildir. Beləliklə, Ukraynanın avqust ayında borcları üzrə ödədiyi ümumi məbləğ 1 milyard dolları ötüb.
Hüseyn İbadlı
