EvXəbərlərTəyyarədə dəhşət törədən pilot həbs olundu

Təyyarədə dəhşət törədən pilot həbs olundu

Published on

spot_img

Dubaydan Təl-Əvivə uçan “Flydubai” sərnişin təyyarəsində bıçaqla hücum həyata keçirən pilot həbs edilib.
BEY.AZ xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu açıqlayıb.
Netanyahu bildirib ki, insidentdən sonra təhlükəsizlik xidmətlərinə əlavə potensial təhdidlərə hazırlaşmaq tapşırılıb.
“Dubaydan uçan reysin fərasət və cəsarət nümayiş etdirən qəhrəmanlarına ehtiramımı bildirirəm. Mən təhlükəsizlik xidmətlərinə əlavə potensial təhdidlərə hazırlaşmaq tapşırığı vermişəm”, – deyə Netanyahu bildirib.
Qeyd edək ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinə məxsus təyyarədə insident baş verib. Uçuş zamanı kapitanla ikinci pilot arasında fiziki qarşıdurma yaranıb və soyuq silahdan istifadə olunub.

Digər pilotların və bəzi sərnişinlərin müdaxiləsindən sonra vəziyyət nəzarətə götürülüb. Təyyarə Səudiyyə Ərəbistanının Təbuk aeroportuna məcburi eniş edib. Hər iki ekipaj üzvü xəstəxanaya yerləşdirilib.
İnsident zamanı “Boeing 737 MAX 8” təyyarəsi qəfil ciddi hündürlük itirib. “Flightradar24”un məlumatına görə, təyyarə təxminən 34 min fut hündürlükdən 17 min fut ətrafına sürətlə enib.

Latest articles

More like this