EvXəbərlər"FlyDubai"ın yaralı pilotundan və köməkçisindən YENİ XƏBƏR

“FlyDubai”ın yaralı pilotundan və köməkçisindən YENİ XƏBƏR

Published on

spot_img

“Flydubai” aviaşirkətinin Səudiyyə Ərəbistanının Təbuk şəhərində təcili eniş edən təyyarəsinin yaralanmış pilotu və onun köməkçisi təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Səudiyyə Ərəbistanından BƏƏ-nin paytaxtına köçürülüblər.
BEY.AZ xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
“Flydubai” hava gəmisinin komandiri və onun köməkçisi vəziyyətləri yaxşılaşdıqdan sonra və həkimlərin icazəsi ilə cümə axşamı krallıqdan Əbu-Dabiyə uçublar”, – məlumatda deyilir.
Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan təyyarə fövqəladə vəziyyətlə bağlı qısa siqnal verib, bundan sonra isə hava gəmisinin qaçırılması barədə məlumat vermək üçün istifadə olunan kod göndərib. İlkin məlumata görə, ikinci pilot komandirə bıçaqla zərbə endirib, daha sonra isə təyyarəni qəzaya uğratmağa cəhd göstərib.

Zərərçəkən Hindistan vətəndaşı olub. Hücum edəni zərərsizləşdirməyə reysin sərnişinləri kömək ediblər. Hava gəmisi Səudiyyə Ərəbistanının Təbuk şəhərində təcili eniş edib, axşam isə xilasetmə təyyarəsi sərnişinləri Təl-Əvivə daşıyıb.

Hüseyn İbadlı

Latest articles

More like this