“Avropa ölkələri ciddi problemlərlə üzləşirlər, buna görə də demək olar ki, Avropanı “diri-diri yeyirlər””.
BEY.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Texasda tərəfdarları ilə görüşdə Avropa İttifaqındakı iqtisadi vəziyyətdən danışarkən deyib.
“Baxın, Avropada nə baş verir. Onları sadəcə diri-diri yeyirlər”, – deyə Amerika lideri bildirib. O, məhz hansı çağırışlardan bəhs olunduğuna dair təfərrüatları açıqlamayıb.
Bundan əvvəl Fransa lideri Emmanuel Makron etiraf etmişdi ki, Rusiya qazı Avropa sənayesinin rəqabətqabiliyyətliliyinin əsası olub. O, Rusiya Federasiyasından gələn əlçatan enerji ehtiyatlarının istehsal nüvəsi olan və digər iqtisadi sektorları öz arxasınca aparan Mərkəzi Avropanı qidalandırdığını, lakin Aİ-nin tədarüklərdən özünün imtina etdiyini təəssüflə qeyd edib.
Hüseyn İbadlı
