“İranın Nüvə Silahının Yayılmaması Haqqında Müqavilədən (NSYHM) çıxması ilə bağlı müzakirələr ciddi xarakter daşıyır”.
BEY.AZ IRNA-ya istinadla xəbər verir ki, bunu İran XİN-in nümayəndəsi İsmayıl Bəqai bəyan edib.
Onun sözlərinə görə, bu gün müqavilənin iştirakçısı olan, həmçinin öz öhdəliklərinə tam şəkildə əməl etmiş İran hücumlara məruz qalır.
Bəqai əlavə edib ki, indi respublika NSYHM-in iştirakçısı olaraq qalır və XİN bu məsələdə səlahiyyətli orqanların qərarına tabe olacaq.
Sentyabr ayında İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi xəbərdarlıq edib ki, ABŞ və İsrailin hərəkətləri İslam Respublikasına NSYHM-dən çıxmaq üçün əsas verə bilər. Hələlik qərar qəbul edilməyib, lakin İranda gələcəkdə nə baş verəcəyini proqnozlaşdıra bilmirlər. Rezayi vurğulayıb ki, Tehran nüvə silahının hazırlanmasını qadağan edən fətvalara əməl etməyə davam edir.
Hüseyn İbadlı
