EvXəbərlərABŞ bütün bombardmançı təyyarələrini "Ferford" aviasbazasından çıxardı

ABŞ bütün bombardmançı təyyarələrini “Ferford” aviasbazasından çıxardı

Published on

spot_img

ABŞ Britaniyanın “Ferford” aviasbazasında insident baş verdikdən sonra bütün “B-1” radarqabaqlayan bombardmançı təyyarələrini həmin bazadan çıxarıb.
BEY.AZ xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadla “Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Qeyd edilib ki, söhbət təqribən on təyyarədən gedir.
Nəşrin məlumatına görə, ABŞ tərəfi bu qərarı həmin bazaya qarşı terror aktlarının hazırlanması şübhələri fonunda təhlükəsizlik mülahizələrindən irəli gələrək qəbul edib.
Qəzetin Pentaqona istinadla yazdığına görə, bütün bombardmançı təyyarələr Birləşmiş Ştatlardakı daimi bazalarına köçürülüb. Bildirilir ki, bununla yanaşı, təyyarələr döyüş hazırlığını qoruyub saxlayır.

Sentyabrın 27-də ABŞ Hərbi Hava Qüvvələri tərəfindən strateji bombardmançı təyyarələrin yerləşdirilməsi üçün istifadə olunan “Ferford” aviasbazası rayonunda fövqəladə vəziyyət elan edilib və yaxınlıqdakı evlərin sakinləri təxliyə olunublar. Hərbi mütəxəssislər baza yaxınlığındakı avtomobilləri müayinə ediblər. Həmin vaxt Londonun beş sakini partlayıcı maddələr haqqında qanunu pozма şübhəsi ilə saxlanılıb. Ertəsi gün onlar girov müqabilində sərbəst buraxılıblar.
ABŞ Hərbi Hava Qüvvələri “Ferford” bazasından İrana zərbələr endirmək üçün istifadə edib, Tehranda isə bazanı cavab zərbəsi üçün qanuni hədəf adlandırıblar.
Hüseyn İbadlı

Latest articles

More like this