Qroznıda Ramzan Kadırovun inauqurasiya mərasimi keçirilib.
BEY.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Ramzan Kadırov (“Vahid Rusiya”) sentyabr seçkilərində səslərin 99,85%-ni toplayaraq qalib gəldi. Bu nəticələr 2016 və 2021-ci illərin nəticələrini üstələyir. Kadırov zala respublika rəhbərinin köməkçisi və Təhlükəsizlik Şurasının katibi olan oğlu Adam Kadırovla birlikdə daxil olub. Hər ikisi milli geyimdə olub.
Kadırov bildirib ki, “Çeçenistan Respublikasının rəhbəri kimi səlahiyyətlərimi həyata keçirərkən vətəndaşların hüquq və azadlıqlarına hörmət etməyə və onları qorumağa, Rusiya Federasiyasının Konstitusiyasına, Çeçenistan Respublikasının Konstitusiyasına riayət etməyə və qorumağa, çoxmillətli xalqa sədaqətlə xidmət etməyə and içirəm”.
Kadırov 50 yaşı tamam olan gün respublika rəhbəri vəzifəsinin icrasına başlayıb. O, andiçmə mərasimində həm rus, həm də çeçen dillərində çıxış edib.
Müəllif: Tural
