Müğənni Aysel Əlizadə fərqli dizaynlı qara libası ilə kamera qarşısına keçib.
BEY.AZ xəbər verir ki, sənətçinin yeni fotosessiyası diqqət çəkib.
Belə ki, ifaçı fotosessiya üçün ekstravaqant üslublu qara geyimə üstünlük verib.
Aysel Əlizadə obrazını iri qızılı sırğalar və qara ayaqqabılarla tamamlayıb. Obrazın zərifliyi isə geriyə yığılmış klassik saç düzümü və parlaq makiyajla vurğulanıb.
