Müğənni Səmra Rəhimli Füzuli rayonunda doğma qızına qarşı zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Famil Ramilova 15 il həbs cəzası verilməsinə münasibət bildirib.
BEY.AZ xəbər verir ki, sənətçi paylaşımında cəzanın az olduğunu vurğulayaraq ölüm hökmünün tətbiq edilməsinin tərəfdarı olduğunu qeyd edib. O bildirib ki, bu cür hadisələrin qabardılmasının və cəzanın daha ağır olmasının tərəfdarıdır:
“Bir qızın məhv olmuş həyatının qarşılığı cəmi 15 il həbs cəzası ola bilməz. 15 il sonra bu insan normal biri kimi cəmiyyətdə və azad necə ola bilər?! Ölüm hökmü artıq mütləqdir, belə insanlıqdan çıxmışlara… Belə mövzular olanda susun, yaxşı? Diliniz-ağzınız ancaq qeybətə, kim nə yedi, nə içdi, kim haradadır və sair kimi mövzularda işləsin. Amma belə mövzularda susun. Utanmayın, deyin ki, qız özü günahkardır. Hələ bilmədiyimiz və bəlkə də heç vaxt bilməyəcəyimiz nə qədər murdar işlər baş verir bağlı qapılar arxasında”.(Axşam.az)
