EvXəbərlər“Əlimdən gələni edib rahatlıqla ayrılıram”

“Əlimdən gələni edib rahatlıqla ayrılıram”

Published on

spot_img

Argentina yığmasının hücumçusu və kapitanı Lionel Messi oktyabrın 6-dan 7-nə keçən gecə Beninə qarşı yığma heyətində son matçından əvvəl sosial şəbəkələrində bəyanatla çıxış edib.
BEY.AZ xəbər verir ki, Messinin bəyanatında deyilir:
“An gəldi. Əlimdən gələni edib rahatlıqla ayrılıram. Bu köynək uzun illər boyu mənim arzum, qürurum və həyatım olub. Məni bu qədər çox sevdiyiniz üçün təşəkkür edirəm. Mən həmişə sizin qeydinizə qalacağam”.
2026-cı il dünya çempionatında Messi səkkiz qol vuraraq, hesabında on qol olan Kilian Mbappedən sonra ikinci mövqedə qərarlaşıb. Futbol üzrə 2026-cı il dünya çempionatının finalında İspaniya yığması Argentina komandasını 1:0 hesabı ilə məğlub edib. Görüşün əsas vaxtı heç-heçə (0:0) başa çatıb, ikinci ekstra-taymda isə “Barselona”nın 26 yaşlı hücumçusu Ferran Torres yeganə qolun müəllifi olub.

Amerikanın “İnter” klubuna keçməzdən əvvəl Messi Fransa “Paris Saint-Germain”ində və İspaniyanın “Barselona”sında çıxış edib; o, “Barselona” ilə dörd dəfə Çempionlar Liqasını qazanıb, həmçinin üç dəfə UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

Hüseyn İbadlı

Latest articles

More like this