EvXəbərlərBu, Rusiyaya qarşı ən böyük səhv olar

Bu, Rusiyaya qarşı ən böyük səhv olar

Published on

spot_img

Qərb ölkələrindən Kalininqradla bağlı səslənən hücum və blokada təhdidlərinin əsl məqsədi açıqlanıb.
BEY.AZ xəbər verir ki, ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis bu cür bəyanatların daha çox Qərb ölkələrinin daxili auditoriyasına hesablandığını bildirib.
Onun sözlərinə görə, Kalininqrada hücum etmək barədə danışmaq reallıqdan uzaqdır. Devis qeyd edib ki, bu açıqlamalar əhali arasında “istənilən an rusları tabe etdirə bilərik” düşüncəsi yaratmağa hesablanıb.
“Kalininqrada hücum etmək imkanından danışmaq mümkün olan ən axmaq fikirlərdən biridir. Belə sözləri yalnız daxili auditoriya üçün söyləmək olar”, – deyə istefada olan hərbçi vurğulayıb.
Onun fikrincə, Rusiyaya qarşı belə informasiya siyasəti əvvəlcədən qarşısını almaq mümkün olan növbəti səhvdir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl Kalininqrada hücum ediləcəyi təqdirdə Moskvanın bütün silah arsenalından istifadə edəcəyini bildirib. Onun sözlərinə görə, vəziyyətin kəskinləşməsi halında Rusiyanın cavabı qaçılmaz olacaq.
Müəllif: Adəm

Latest articles

More like this