Bu gün Azərbaycan Ukraynaya Rusiya hücumlarından sonra ciddi zərər görmüş elektrik sistemimizi bərpa etmək və istilik mövsümünə hazırlaşmaq üçün çox ehtiyacımız olan növbəti enerji avadanlığı paketini göndərdi.
BEY.AZ xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın bu dəstəyini yüksək qiymətləndirlər:
“Ölkəmə göstərilən bu qardaşlıq köməyinə görə Prezident İlham Əliyevə, hökumətə və bütün Azərbaycan xalqına minnətdarıq. Bunu heç vaxt unutmayacağıq və Azərbaycanın bu qardaşlıq dəstəyini həmişə xatırlayacağıq”.
