EvXəbərlərSpirt və dərman qəbul edib 4 nəfəri yaraladı

Spirt və dərman qəbul edib 4 nəfəri yaraladı

Published on

spot_img

Braziliyanın Salvador şəhərində kapuçin meymunu yaşayış kompleksindəki bir neçə evə girərək orada tapdığı 70 faizlik spirtli məhlulu içib və bir qutu dərman yeyib.
BEY.AZ bu barədə xarici mətbuat məlumat yayıb.
Bildirilib ki, meymun spirt və dərmanları qəbul etdikdən sonra insanlara hücum edib. Hadisə nəticəsində üç yerli sakin və yaşayış kompleksinin mühafizəçisi xəsarət alıb.
Mütəxəssislər meymunun aqressivləşməsinə məhz spirt və dərmanların səbəb olduğunu ehtimal edirlər.
Heyvanı tutmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları tor və dəri əlcəklərdən istifadə ediblər. Tutulduqdan sonra kapuçin Vəhşi Heyvanların Təsnifatı Mərkəzinə aparılıb. Baytarlar heyvanın tibbi yardıma ehtiyacı olduğunu bildiriblər.

Qonşuların sözlərinə görə, meymunun sahibi hadisə baş verən zaman evdə olmayıb.
Müəllif: Adəm

Latest articles

More like this