EvXəbərlərAlmaniya Rusiya PUA-larını vurmaq üçün Ukraynaya sursat göndərdi

Almaniya Rusiya PUA-larını vurmaq üçün Ukraynaya sursat göndərdi

Published on

spot_img

Almaniya Rusiya reaktiv dronlarına qarşı mübarizə aparmaq üçün Ukraynaya təyyarə sursatı verib.
BEY.AZ xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyinin Almaniya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilib ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın müdafiə naziri Yevgen Xmara ilə telefon danışığında “qış parketi” hərbi yardımının göstəriləcəyini açıqlayıb.
“Ukrayna bizdən Rusiyanın reaktiv dronlarının hücumlarını dəf etmək üçün Ukrayna döyüş təyyarələri üçün sursat paketi verməyimizi istəyib. Bir neçə gün ərzində cavab verdik və çatdırılmalara başladıq. İlk partiya artıq çatdırılıb”, – Almaniya Müdafiə Nazirliyi bildirib.

Nazirlik həmçinin qeyd edib ki, Almaniya Ukraynanın “Şahid Əleyginə” proqramında iştirak edir və bu proqram Kiyevə Rusiya reaktiv mühərrikli dronlarını vura bilən tutucu dronlar hazırlamağa davam etməyə imkan verəcək.

Hüseyn İbadlı

Latest articles

More like this