fbpx

Xətaidə baş verən yanğın söndürüldü



Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində baş verən yanğın söndürülüb.

BEY.AZ xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Bidlirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının qarşısında yerləşən köşkdə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 12kv.m. olan taxta konstruksiyadan ibarət köşk və 60 kv.m. sahədə quru otluq ərazi yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

* 16:50 *

Bakının Xətai rayonunda obyektdə yanğın hadisəsi baş verib və alov yaxınlıqdakı yaşayış evinə keçib.

BEY.AZ xəbər verir ki, bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Hadisə yerindən görüntüləri təqdim edirik:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin