EvXəbərlərYasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi

Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi

Published on

spot_img

Yasamal rayonunda şəhid Qasımov İsmayıl Sadiq oğlunun və şəhid İslamov Elvin Elçin oğlunun anım mərasimi keçirilib.
BEY.AZ xəbər verir ki, hərbi memorial məzarlıqda keçirilən mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidlərin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidlərin məzarları ziyarət olunub, əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Mərasim zamanı şəhidlərimizin Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri qəhrəmanlıqdan, onların xalqımızın yaddaşında əbədi yaşayacaq şərəfli həyat yolundan bəhs olunub.

Qeyd edilib ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə diqqət və qayğı göstərilməsi hər birimizin mənəvi borcudur.Şəhidlərimizin qəhrəmanlığı və Vətənə sədaqəti gələcək nəsillər üçün daim örnək olacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Latest articles

More like this