fbpx

“Qarabağ” turu keçsə, bu qədər qazanacaq



“Qarabağ” Çempionlar Liqasının pley-offunda “Dinamo”nu məğlub edib, liqa mərhələsinə yüksəlsə, 18.6 milyon avro qazanacaq.

BEY.AZ oxu.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası pley-off mərhələsində iştirak etməklə 4.29 milyon avro qazanacaq. “Dinamo”nu mübarizədən kənarlaşdıracağı halda isə liqaya düşəcək və bu mərhələdə UEFA 18.6 milyon avro ödəyəcək.

Cari mövsüm UEFA Çempionlar Liqasında bu mərhələdə hər qələbəyə 2.1 milyon avro, heç-heçəyə isə 0.7 milyon avro verəcək.

Liqada 1-8-ci yerlərdə qərarlaşacaq komanda 2 milyon avro, 9-16-cı yerlərin sahibi isə 1 milyon avro əldə edəcək.

Çempionlar Liqasının təsnifatında keçilən hər mərhələyə görə isə 175 min avro veriləcək.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin