EvXəbərlərVarlıların bahalı yeməklərinə vergi tələsi

Varlıların bahalı yeməklərinə vergi tələsi

Published on

spot_img

Rusiyada varlıların süfrəsini bəzəyən bahalı dəniz məhsullarına tətbiq edilən vergilərin artırılması təklif olunub.
BEY.AZ xəbər verir ki, yeni təşəbbüsə əsasən, omar və lanqustin kimi delikates məhsullar üçün əlavə dəyər vergisinin 22 faizə çatdırılması nəzərdə tutulur.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko lüks dəniz məhsullarına tətbiq edilən vergi dərəcəsinin artırılması təşəbbüsü ilə çıxış edib.
Rusiya Balıqçılıq İttifaqından bildirilib ki, Matviyenkonun təklifi vergi qanunvericiliyində mövcud olan hüquqi boşluğun aradan qaldırılmasına yönəlib.
Məlum olub ki, hazırda sahibkarlar omar, lanqustin və digər bahalı dəniz məhsullarını “digər ərzaq məhsulları” kateqoriyasına daxil etməklə 22 faiz əvəzinə cəmi 10 faiz əlavə dəyər vergisi ödəyə bilirlər.

Beləliklə, mövcud təsnifat qaydaları bahalı delikateslərin güzəştli vergi rejimindən yararlanmasına imkan verir.

Yeni təşəbbüs qəbul edilərsə, həmin məhsullara tətbiq olunan vergi dərəcəsi 10 faizdən 22 faizə yüksələcək. Bu isə vergi dərəcəsinin 12 faiz bəndi, başqa sözlə, 120 faiz artırılması deməkdir.
Rusiya Balıqçılıq İttifaqının məlumatına görə, ölkə bazarında belə delikateslərin həcmi olduqca azdır. Üstəlik, bu məhsulların böyük hissəsi xaricdən idxal olunur.
Diqqət çəkən əsas məqam isə bahalı məhsulların indiyədək güzəştli vergi kateqoriyasına daxil edilə bilməsidir. (Musavat.com)

Latest articles

More like this