EvXəbərlərTürkiyədə bələdiyyə üzvləri arasında dava

Türkiyədə bələdiyyə üzvləri arasında dava

Published on

spot_img

Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda bələdiyyə məclisinin aylıq iclası zamanı baş verən mübahisə əlbəyaxa davaya çevrilib.
BEY.AZ xəbər verir ki, hadisə bələdiyyə məclisinin üzvü Tahir Tarhanla Silopi bələdiyyəsinin sədri Jiyan Ormanlı arasında yaranan mübahisə ilə başlayıb. Bələdiyyə sədrinin müavini Harun Kudayın da mübahisəyə qoşulması ilə gərginlik daha da artıb.
Məlumata görə, mübahisə zamanı Tahir Tarhan Harun Kudayın üzünə su atıb. Kudayın da buna cavab verməsindən sonra tərəflər arasında fiziki qarşıdurma yaşanıb.

Hadisə zamanı bəzi bələdiyyə məclisi üzvlərinin də mübahisəyə qoşulduğu, Harun Kudaya qarşı fiziki müdaxilənin baş verdiyi iddia olunur.

Latest articles

More like this