Azərbaycan xaricdən dini-ideoloji müdaxilə cəhdləri ilə üz-üzə qalıb. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bu məsələyə xüsusilə toxunmuşdu. Dövlət başçısı bildirdi ki, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir: “Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.Məktəblərdə vahid geyim formasının “hicab qadağası” kimi manipulyasiya edilməsi və təhsil ocaqlarına edilən hücumlar ideoloji təhlükəsizliyin nə qədər əhəmiyyətli olduğunu praktiki olaraq təsdiq etdi. Və bir məsələni yenidən aktuallaşdırdı: Azərbaycan üçün dini-ideoloji təhlükənin mənbəyi haradır?İdeoloji müdaxilələrin əsasən İrandan edildiyi məlumdur, lakin buna qarşı dövlət və cəmiyyətin immin sisteminin formalaşdığını deyə bilərik. Türkiyədən gələn təhlükə haqqında bunu demək çətindir. Bunu əsaslandıran amillər var.Birincisi, iki ölkənin strateji əlaqələri və qardaşlıq münasibətləri Türkiyədən gələn təhlükəni hər zaman görməyimizə maneələr yaradıb.İkincisi, Türkiyədə təriqətlər və dini camaatlar dövlət strukturlarına qədər sızıb: bu vəziyyət təhlükəni görməyi və qarşısını almağı xüsusilə çətinləşdirir, çünki təriqət və camaatların müdaxilə bir çox hallarda atılan addımlar Türkiyə dövlətinin siyasəti kimi qəbul edilir;Üçüncüsü, Türkiyə hakimiyyətində təriqət və dini camaatlarla sıx əlaqələrin mövcud olması bu şəbəkələrin fəaliyyət imkanlarını genişləndirir.FETÖ məsələsində bunun acı təcrübəsini yaşamışıq. Vaxtilə Türkiyə hakimiyyətinin dəstəyi ilə önə çıxan FETÖ Azərbaycana da ayaq aça və şəbəkələşməyə nail oldu. Daha sonra Türkiyə hakimiyyəti ilə FETÖ arasında qarşıdurma yaşananda Azərbaycan bu şəbəkənin təhlükəsi ilə üz-üzə qaldı. FETÖ hazırda sıradan çıxarılıb, lakin təhlükə hələ də qalır.Azərbaycanın ideoloji məkanına müdaxilə edən və ciddi risklər yarada biləcək əsas şəbəkə nurçuluqdur. Nurçuluq dedikdə adətən FETÖ yada düşsə də, reallıq fərqlidir.Səid Nursi tərəfindən yaradılmış nurçuluğun əsasını onun “Nur Risalələri” adlı kitabı təşkil edir. FETÖ nurçuluğun içindən çıxmış bir camaatdır, lakin şəbəkənin rəhbəri Fətullah Gülən tədricən Səid Nursinin yolundan uzaqlaşaraq, öz liderliyini irəli sürdü. Gülən camaatını Nursinin fikirlərindən təsirlənərək, yaratmışdı. FETÖ-nünü “paralel dövlət” yaratmaq, dövlət strukturlarına sızaraq, idarəçiliyi gizli şəkildə ələ almaq siyasəti nurçuluqdan fərqləndirilir. Nurçularla gülənçilərin əsas fərqi göstərmək üçün də buna istinad edilir. O cümlədən, nurçuluğun “dərsxanalar” yaradaraq, şəffaf fəaliyyət göstərdiyi, siyasətə qarışmadığı deyilir. Burada da Nursinin “Əuzu billahi minəş-şeytani vəs-siyasə” (Şeytandan və siyasətdən Allaha sığınıram) sözləri önə sürülür. Halbuki, Səid Nursi “İttihadi Muhammәd Cәmiyyәti”nin qurucularından biri kimi siyasətlə məşğul olub.FETÖ də məhz nurçuluğun şəbəkələşməsi mexanizmindən yararlanırdı.- “Dərxanalar”ın yaradılması, azayaşlılar üzərində dini-ideoloji təbliğat aparılaraq, “nur ordusu”nun yaradılması;
– Siyasətin dinə xidmət etməsi məqsədilə partiyaları dəstəklənməsi, üzvlərinin siyasətlə məşğul olması;
– Dövlət strukturlarında şəbəkələşmə, dövlət siyasətinin öz ideologiyalarına xidmət etdirilməsi və s.Bu mexanizmin əsasən FETÖ tərəfindən istifadə edildiyi bilinsə də, təməlində nurçuluğun dayandığı məlumdur.FETÖ sıradan çıxıb, lakin nurçuluq olduğu kimi qalır, hətta Türkiyədə hakim dairələrin dəstəyi ilə genişlənir. “Meşveret”, “Sözler”, “Nesil”, “Hayrat Vakfı” kimi nurçu qruplar fəaliyyət göstərir və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı dəstəkləyirlər. Bu dəstək “Nur Risalələri” adlı kitabın Dəyanət İşləri Nazirliyi tərəfindən çap olunmasından sonra xüsusilə artıb. Nurçu ideologiyasına sahib olan Yeni Asiya Qrupu hakimiyyətə müxalif mövqedən çıxış etsə də, son dövrlər AKP-nin bu şəbəkəni də öz yanına çəkmək cəhdləri müşahidə edilir.Nurçuluğun əsas məqsədinin inancın genişlənməsi olaraq göstərilsə də, siyasi hədəflərinin olduğu da məlumdur. Vaxtilə Səid Nursi xilafətin yenidən qurulmasına ümid edir, bu istiqamətdə çalışırdı. Nurçular siyasətə qarışmadıqlarını, iddia edir, “siyasət şeytan işidir” devizindən çıxış edirlər. Hərçənd, gerçək fəaliyyətlərində siyasətə daxil olmaları, şəbəkələşmə mexanizmləri bu devizin məqsədlərini gizlətmək üçün istifadə etdiklərini deməyə əsas verir. Məqsəd isə dini ideologiyalarını yaymaq, şəbəkələşmək və dövlət siyasətini öz ideologiyalarının xidmətçisinə çevirməkdir. Bu baxımdan, Azərbaycanın ideoloji məkanının təhlükəsizliyi üçün nurçuluq əsas risk olaraq qalır. Çünki hazırda Türkiyə hakimiyyəti tərəfindən dəstəklənən təriqət bundan öz ideoloji və şəbəkələşmə imkanlarını genişləndirmək məqsədilə istifadə edir, Azərbaycan da daxil olmaqla, digər ölkələrdə güclənməyə çalışırlar.Son baş verən hadisələr, xüsusilə Türkiyədən edilən müdaxilə cəhdləri bütün yad ideologiyalar kimi, nurçuluq təriqətinin də Azərbaycanda fəaliyyətinin birdəfəlik aradan qaldırılması zərurətini yaradır.Asif Nərimanlı
