“Taşacak Bu Deniz” serialının baş rol ifaçısı Ulaş Tuna Astepe şəxsi həyatı ilə bağlı yayılan iddialara münasibət bildirib.
BEY.AZ xəbər verir ki, 37 yaşlı aktyorun özündən 16 yaş kiçik qadınla münasibətdə olduğu barədə iddialara onun menecerinin açıqlamasını paylaşmaqla cavab verib.
Açıqlamada aktyorun nüfuzuna xələl gətirməyə yönələn sistemli cəhdlərlə bağlı hüquqi addımların atıldığı bildirilib. Menecer bu cür hücumların diqqətdən kənarda qalmayacağını və prosesin izləniləcəyini vurğulayıb.
Ulaş Tuna Astepe həmçinin təhqir, təqib və böhtan xarakterli paylaşımların tarixləri ilə birlikdə ona göndərilməsini xahiş edib.
