Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub.
BEY.AZ Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 771 milyon 305,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 156 milyon 793 min sərnişin və ya 9,7 % çoxdur.
