İdman aləmində “Rus Taysonu” kimi tanınan məşhur ağır çəkili boksçu Denis Boyçov 40 yaşında vəfat edib.
BEY.AZ xəbər verir ki, bu abrədə Bədən Tərbiyəsi və İdman Tədbirləri Mərkəzi “VKontakte” sosial şəbəkəsində məlumat yayıb.
“Yerlimiz, məşhur boksçu Denis Boyçov vəfat etdi”, – deyə mərkəz bildirib.
Xatırladaq ki, idmançı 2010-cu illərin əvvəllərində Rusiyanın ən perspektivli ağır çəkili bokçusu idi. Lakin 2015-ci ilin may ayında Almaniyada baş verən hadisə Boyçovun karyerasını və həyatını faciəvi şəkildə dəyişdirdi. O, Berlindəki metro tunelində huşsuz vəziyyətdə tapıldı. İdmançıya ağır baş və qol xəsarətləri diaqnozu qoyuldu. Həkimlər Denisi tibbi komaya saldılar və təcili əməliyyat keçirdilər.
Reabilitasiya illərlə uzandı. Boyçov bərpanı əvvəlcə Almaniyada, sonra isə Rusiyada başlatdı. Bütün səylərinə baxmayaraq, idmançı ciddi sağlamlıq travmalarına məruz qaldı. O, yeriyə və danışa bilmədi.
Oryol şəhərində anadan olan Boyçov beş yaşından boksla məşğul olmağa başlayıb. O, iki dəfə yeniyetmələr arasında Dünya Çempionatında (2001 və 2002) və 2004-cü ildə Gənclər arasında Dünya Çempionatında qalib olub. Elə həmin il peşəkar boksa keçib.
Almaniya promouterlik şirkətləri olan “Universum Box-Promotion” və “Sauerland Event” üçün mübarizə aparan idmançı karyerası ərzində WBC Gənclər titulunu, WBA Qitələrarası kəmərini və WBO Avropa çempionluğunu qazanıb. Ümumilikdə isə Boyçov peşəkar rinqdə 37 döyüş keçirib və bunlardan 36-sında qalib gəlib ki, bunun da 27-si nokautla olub.
Müəllif: Tural
