ABŞ Prezidenti Donald Tramp oktyabrın sonunda keçirilməsi planlaşdırılan parlament seçkilərində İsrailin hazırkı Baş naziri Binyamin Netanyahunun namizədliyini tam dəstəklədiyini bəyan edib.
BEY.AZ xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Amerika Birləşmiş Ştatlarının İsraildən – onlar üçün bu qədər çox iş gördüyü ölkədən — məhz belə bir tərəfdaş tələb etməyə haqqı var”, – deyə o bildirib.
Xatırladaq ki, İsraildə parlament seçkiləri oktyabrın 27-nə təyin edilib. Seçkilərin nəticələrinə əsasən, ölkənin növbəti hökuməti formalaşdırılmalıdır.
Bundan əvvəl “Axios” nəşri Binyamin Netanyahu və Donald Trampın İrana qarşı yeni əməliyyat keçirmək ehtimalını nəzərdən keçirdiklərini yazıb.
Hüsyen İbadlı
