Türkiyədə siyasətçi öldürüldü
Türkiyədə silahlı hücuma məruz qalan bələdiyyə üzvü Mustafa Can Ekiciler ölüb.
BEY.AZ xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyatını itirib.
Məlumata görə, M.C.Ekiciler Cümhuriyyət Xalq Partiyasının (CHP) Süleymaniyye bələdiyyə üzvü idi.
Qeyd edək ki, mərhum siyasətçi avqustun 18-də silahlı hücuma məruz qalıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |