Bakı məktəblərinə 200-dən çox psixoloq işə qəbul olunub
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə elan etdiyi müsabiqənin yekun nəticəsi bəlli olub.
İdarədən Metbuat.az-a verilən məlumata görə, müsahibə mərhələsini müvəffəqiyyətlə başa vuran 220 namizəd vakansiya seçimi prosesinin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanıb.
Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisası üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları iştirak ediblər.
Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində psixoloq ştatı sayının müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarına əsasən ümumi təhsil müəssisələri üçün şagird sayı 1000-dək olduqda 1, 1000-dən 3000-dək olduqda 2, 3000-dən çox olduqda isə 3 psixoloq ştatı müəyyən edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.