ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həllinə əvvəlkindən daha yaxın olduqlarını bildirib və bu mərhələdə düşünülməmiş addımlardan çəkinməyin vacibliyini vurğulayıb.
BEY.AZ xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffun Sankt-Peterburqda keçirilən görüşünü şərh edərkən bildirib.
“Biz bu həllə doğru irəliləyirik. Hazırda buna heç vaxt olmadığı qədər yaxınıq”, – deyə Tramp qeyd edib.
ABŞ lideri münaqişənin sona yaxınlaşdığı bir vaxtda vəziyyəti korlaya biləcək addımlardan qaçmağın vacib olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 21-də Stiv Uitkoff Sankt-Peterburqda Vladimir Putinlə görüşüb. Tərəflərin Ukrayna müharibəsinin nizamlanması və danışıqların bərpası məsələlərini müzakirə etdiyi bildirilib.
Qazanxana ustası Bakı — Qazanxana Quraşdırılması, Təmiri, Servisi və Avtomatika Tənzimlənməsi
