“Şaxtyor Donetsk”in baş məşqçisi Arda Turan komandanın Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “İnter”lə oyunun nəticəsindən narazı qaldıqlarını bildirib.
BEY.AZ xəbər verir ki, onun sözlərini UEFA-nın mətbuat xidməti yayıb.
“Xal qazanmaq üçün kifayət qədər yaxşı oynadıq, amma məyus olduq. Performansımızla fəxr edirik, amma nəticədən razı qala bilmərik. Nümayiş etdirdiyimiz səviyyəni nəzərə alsaq, nəticə daha yaxşı olmalı idi”.
Lakin məşqçi rəqiblərin oyunun müəyyən aspektlərində “mədənçilərdən” üstün olduğunu qeyd edib.
“İnter” bəzi sahələrdə bizdən daha yaxşı oynadı. “İnter”i və Kristian Kivunu təbrik etmək istəyirəm. Böyük stadionlarda güclü komandalarla qarşılaşanda oyunumuzu daha da yaxşılaşdırmalıyıq.
“Şaxtyor”un bir sıra gənc oyunçuları bu matç zamanı öz kumirləri ilə şəxsən görüşüblər və bu təcrübə gələcəkdə onlara fayda verəcək”, – Turan əlavə edib ki,
“Şaxtyor” Alessandro Bastoninin Oleq Oçeretkoya qarşı kobud oyununa görə meydandan qovulmasından sonra say üstünlüyü əldə etsə də, “İnter”ə minimal hesabla (0:1) məğlub olub.
Müəllif: Tural
