İki Fransa klubu türk futbolçunu istəyir
Lilldən ayrılan və azad agent olan Yusuf Yazıcının elçiləri günü-gündən artır.
BEY.AZ türk mediasına istinadən xəbər verir ki, adı “Qalatasaray”la hallanan 27 yaşlı futbolçu üçün yeni iddia ortaya atılıb. Fransa mətbuatında yer alan xəbərə görə, “Nice” və “Lion” komandaları da Yazıcının keçidində maraqlıdır.
Türkiyə millisinin üzvünün qısa müddət ərzində yeni klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Yusuf Yazıcı ötən mövsüm “Lill”də 42 oyun keçirib. Yazıcı bu matçlarda 12 qol vurub, 4 məhsuldar ötürmə edib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |