fbpx

Rasim Balayevin “Sən şair deyilsən” fikirlərinə Elza belə CAVAB VERDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Əməkdar artist Elza Seyidcahan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri, Xalq artisti Rasim Balayevin onun haqqında səsləndirdiyi ” Ona deyən yoxdur ki, bala, işinlə məşğul ol. Sən şair deyilsən” fikirlərinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Əməkdar artist ARB tv-də yayımlanan “Onun sirri” verilişində bildirib ki, Rasim Balayevin onun haqqında tənqidi fikirlər səsləndirməsi onun üçün fəxrdir:

“Hər bir şairin, bəstəkarın öz oxucusu var. Rasim Balayevə təşəkkür edirəm. Mənim gözəl oxucumdur, hətta məni müzakirə də edir. Mənim kimi böyük bir şairi bizim aktyorumuz, xalqımızın gözəl sənətkarı əgər müzakirə edirsə, bu, mənim üçün fəxrdir. Mənim yazdığım şeir Rasim Balayevi qane edər. Hələki qane etmirəmsə, mən də onun haqqında nələrsə deyə bilərəm. Çünki o bizim Nəsimimizidir. Biz onu həmişə xasiyyətində, həyat tərzində İmadəddin Nəsimi kimi görmək istəmişik. Amma mən ona o sözləri demərəm, özümə yaraşdırmaram”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu