fbpx

Qurban Qurbanov futbolçuları belə sevindirdi



“Qarabağ”da bayramdır.

BEY.AZ sportinfo.az-a istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov “Zirə” ilə oyundan sonra yetirmələrinə 4 gün dincəlmək imkanı yaradıb.

Sentyabrın 1-dəki matçdan sonra istirahətə buraxılan komanda üzvləri sentyabrın 6-da bir araya gələcək.

İyuldan bu yana ağır qrafik altında məşq və oyunlara çıxan top ustaları üçün bu xəbər göydəndüşmə olub.

7 futbolçu Azərbaycan millisinə, 1 nəfər U-19-a, daha 1 nəfər Kabo-Verde yığmasına cəlb olunduğundan, baş məşqçi məhdud heyətlə hazırlıq keçəcək. Elə buna görə də fasilə müddətində yoldaşlıq görüşünün keçirilməsinə maraqlı deyil. Ən yaxşı halda əvəzedici komanda ilə oyun keçiriləcək. Lakin bu da dəqiq deyil.

“Köhlən atlar” Premyer Liqanın 6-cı turu çərçivəsində “Səbail”i qəbul edəcək. Sentyabrın 14-də “Azərsun Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin