fbpx

AZƏRTAC Şuşada üç xarici informasiya agentliyi ilə müqavilə imzalayıb

BEY.AZ informasiya agentliyi xəbər verir



Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində iyulun 22-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə üç xarici informasiya agentliyi – Albaniyanın ATA, Bolqarıstanın BTA və Filippinin PNA informasiya agentlikləri arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

Metbuat.az xəbər verir ki, sənədləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, ATA-nın baş direktoru Valbona Zhupa, BTA-nın baş direktoru Kiril Volçev, PNA-nın Xəbər və informasiya bürosu direktorunun müavini Lee Ann Pattugalan imzalayıblar.

Müqavilələr gündəlik xəbər mübadiləsi, əməkdaşların qarşılıqlı səfərlərinin təşkili və birgə informasiyaların hazırlanmasında dəstəyin göstərilməsini nəzərdə tutur. Xatırladaq ki, AZƏRTAC və BTA agentliyi arasında əməkdaşlığa dair ilk sənəd 2004-cü ildə, ATA agentliyi ilə isə 2006-cı ildə imzalanıb. Filippinin PNA informasiya agentliyi ilə ilk dəfədir əməkdaşlıq müqaviləsi bağlanır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #AZƏRTAC #Şuşada #üç #xarici #informasiya #agentliyi #ilə #müqavilə #imzalayıb

Bir Cevap Yazın

Başa dön tuşu