fbpx

Azərbaycanda neft emalı azalıb



Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 4,4 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,8% azalma deməkdir.

BEY.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə ölkədə 4,2 mln. ton neft emal edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin