fbpx

“İtkin düşənlərdən kiminsə sağ qalması barədə məlumat yoxdur”

BEY.AZ informasiya agentliyi xəbər verir


“İtkin düşən şəxslərdən kiminsə sağ qalması barədə məlumat yoxdur. Güman edirik ki, onların hamısı ermənilər tərəfindən qətlə yetirilib”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, Şuşa həbsxanası ərazisində aşkarlanan 31 nəfərin aqibəti də bunun sübutudur: “Bir sözlə, istintaqda sağ qalması ilə bağlı məlumat yoxdur”.

“Biz dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə qarşı tərəfə müraciət etmişik və rəsmi cavab almışıq. Rəsmi cavabda hazırda Ermənistanda I və ya II Qarabağ müharibəsi zamanı əsir götürülmüş hərbçi və ya mülki şəxs olmadığı vurğulanıb”, – deyə İ.Axundov bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İtkin #düşənlərdən #kiminsə #sağ #qalması #barədə #məlumat #yoxdur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu