fbpx

31 yaşında Premyer Liqanın tarixinə düşdü



“Brayton”un baş məşqçisi Fabian Hürzeler avqustun ən yaxşı məşqçisi adına layiq görülüb.

BEY.AZ bildirir ki, liqanın internet saytında verilən açıqlamada Hürzelerin avqust ayında göstərdiyi performansa görə mükafata layiq görüldüyü bildirilib.

Hürzeler qazandığı mükafatla bağlı, “Bunu qazanmaq həmişə xoşdur, çünki bu, əməyinin mükafatıdır. Bu, təkcə mənim işimlə deyil, həm də bütün klubun, texniki heyətin və komandanın əməyi sayəsində oldu. İndi növbəti mükafatı qazanmağın vaxtıdır”- deyib.

Fabian Hürzeler Premyer Liqa tarixində bu mükafatı qazanan ən gənc məşqçi olub. 31 yaşlı məşqçi həm də “Tottenhem”də Ange Postekoqludan sonra komandası ilə ilk ayında bu mükafatı qazanan ilk şəxsdir.

Mikel Arteta, Pep Guardiola və Arne Slot avqustun ən yaxşı məşqçisi mükafatına namizədlər arasında idi.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin